Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:24

Polis haqda atalar sözləri Rusiyada məhkəmə mövzusudur


Rusiyanın Karelia respublikası
Rusiyanın Karelia respublikası

-

Rusiyada bir jurnalist qəzetdə yazdığı məqalədə polisi pisləyən iki rus atalar sözünü sitat gətirib. Buna görə polis jurnalisti məhkəməyə verib. Kareliya Ali Məhkəməyəsi bu atalar sözlərinin Daxili İşlər Nazirliyinin ləyaqətini təhqir etdiyi haqda qərar çıxarıb. Söhbət bu atalar sözlərindən gedir:

"Закон, что дышло, куда повернешь, туда и вышло" və "законы святы, да законники лихие супостаты".

Hadisə Rusiyanın Finlandiya ilə sərhədində yerləşən Kareliyada olub.

"İnterfaks" xəbər verir ki, orada çıxan «Северные берега» qəzetinin jurnalisti rayonun Kalevala qəsəbəsində polisin əməllərini, konkret olaraq, valideynlərinin iştirakı olmadan yeniyetmənin dindirilməsini pisləyib, bu atalar sözlərini də sitat gətirib.

İndi isə rayonun Ali Məhkəməsi qəzet və jurnalist haqqında cərimə cəzası çıxarıb. Qəzet "Atalar sözü nə vatdan təhqir oldu?" adıyla şikayət verməyə hazırlaşır.


XS
SM
MD
LG