-
Erməni atalar sözlərinin ingiliscə lüğətindən seçmələr:
- İynəni yumruqla saplamaq olmaz.
- Borca içən tez sərxoş olar.
- Küləyin tərpətmədiyi bir ağac varmı?
- Uzunqulağa qoxlamaq üçün gül veriblər, uzunqulaq onu yeyib.
- Balıqdan soruşublar, dənizdə nə xəbər? Balıq deyib, sözüm çoxdur, ağzım suyla doludur.
- Nəyi tikirsənsə, bir vaxt onu cırmısan ki, indi yamayırsan.
- Ağa nə deyir, nökər də onu eşidir.
- Pişik üçün oyun olan, siçan üçün ölümdür.
- Beşiyi qızıldan olan qız ata evində çox qalmaz.
- Şam sönübsə, korun nə vecinə.
- Əyri yolla götürmək oğurlamaqdır, ağıllı yolla oğurlamaq götürməkdir.
- Ağadan lütf diləmək suya deşik açmağa çalışmaq kimidir.
- Ərini sevən qadın onun səhvlərini düzəldir, arvadını sevən kişi onu ərköyün edir.
- Atın vecinə deyil insan nə sürətlə qaçar.
- İnsan öz batdığı suyu dərya bilər.
- İnsan səsi nağara səsindən bərk çıxar.
- Eyni bir güldən təbib zəhər yığar, arı bal.
- Keçi bir keçini qoyun sürüsünə dəyişməz.
- Qartalı öz lələklərindən düzəldilmə oxla vurdular.
- Pərdə gizlətdiyi qədər də göstərər.
- Uşaqsızın bir dərdi var, uşaqlının min.
- Budağa qonan kəpənək onu sındıracağından qorxar.
- Sendviç dünyasında dəyər - xidmət deyil, sürprizdir.
- Az danışsan, çox eşidərsən.
- Sakit at bərk qaçar.
- Saqqalsız adama gülən yalnız saqqallı adam olar.
- Bir adam min adamın yaxşı adını batırar.
- Yağışlı gündə cücələri sulamağı təklif edən çox olar.
- Hər yumru alma deyil.
- Çörəyində xama istəmədiyini deyən qadına inanma.
- Sevgidən bir sarımsaq da cücərməyib.
- Dərdi qayalara yükləyiblər, qayalar dağılıb, insana yükləyiblər.
- Ağıllıyla daş daşımaq axmaqla plov yeməkdən yaxşıdır.
- İş görəndə bir yunan iki yəhudiyə bərabərdir, iki yunan bir suriyalıya, iki suriyalı bir erməniyə.
- Bilməmək ayıb deyil, bilməyib bildiyini demək yalandır.
- Varlı ola bilmirsənsə, varlının qonşusu ol.
- Çörək yaxşı dadırsa, onu ya yəhudi bişirib, ya türk.
- Çox mahnı bilirəm, oxuya bilmirəm.
- Həqiqəti deyənin bir ayağı üzəngidə gərək.
- Pulu olanın duyğuları olmaz, duyğusu olanın pulu.
- Özü üçün yatıb başqaları üçün yuxu görür.
- Utanmaz adamdan Tanrı da bezardır.
- İtlər öz aralarında dalaşar, canavar gələndə birləşərlər.
- İt itliyilə, itin ətini yeməz.
- Quşu yemlə tutarlar, insanı pulla.
- Qarışqanın başı olmaq aslanın quyruğu olmaqdan yaxşıdır.
- Gözünü itirmək adını itirməkdən yaxşdır.
- Kök arıqlayınca, arıq ölər.
- Ölüm qapısında insan qızdırma üçün yalvararar.
- Dəyirmana iki daş gərək olduğu kimi, dostluğa da iki baş gərəkdir.
- Bütün varlılar Yer kürəsində varlanıblar.
- Hər adamın üç qulağı var, biri başının sağında, biri solunda, biri də qəlbində.
- Qızıl yüklü qatırı hər qəsrdə sevərlər.
- Kral öz tacına layiq adam olmalıdır.
- Pendir haradadırsa, iş də oradadır.
- Təcrübəli iblis təcrübəsiz mələkdən yaxşıdır.
- Şeytan evdədir, keşiş xaricdə.
- Ayıq düşmən axmaq dostdan yaxşıdır.
Həmçinin baxın - AzadlıqRadiosu Youtube kanalında izləyin: