Keçid linkləri

Təcili xəbərlər
2021, 24 İyun, Cümə axşamı, Bakı vaxtı 02:12

Valyuta alverçilərinin saxlandığı deyilir


Arxiv fotosu

-

Qanunsuz valyuta mübadiləsi aparılmaq iddiası ilə Bakı sakinləri Vasif Məmmədov və Fariz Rüstəmov saxlanıb. Xəbəri “APA” informasiya agentliyi yayıb.

Əməliyyatı Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə həyata keçirdiyi bildirilir.

Onlar haqqında Cinayət Məcəlləsinin 192.2.2-ci - külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq maddəsi ilə cinayət işi başlanıb. V.Məmmədovun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. F.Rüstəmov isə başqa yerə getməmək haqqında iltizama qol çəkərək buraxılıb.

XS
SM
MD
LG