Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 19:42

Orxan Vəli. Yenisi


Orhan Veli (ortada)
Orhan Veli (ortada)

-

Orxan Vəli

Azad Qaradərəlinin tərcüməsində

YENİSİ*

MƏHZUN DURMAQ

Sevdiyim insanlara acıqlana bilərdim,

Əgər sevmək mənə

Məhzun dayanmağı

Öyrətməsəydi.

MEYXANƏ

Madam ki sevmirəm

O halda hər axşam

Onu düşünərək içdiyim

Meyxanənin önündən

Nə adla keçim

SƏYAHƏT ŞEİRLƏRİ

1.

Səyahət etdiyi zamanlarda

Unduzlar danışır.

Söylədikləri şeylərin

Əksəriyyəti hüzünlü.

2.

Sərxoş olduğu axşamlar

Fitlə çalınan nəğmələr

Nəşəlidir.

Halbuki eyni nəğmələr

Bir qatarın pəncərəsində

Nəşəli deyil.

XATIRLAMA

Alnımdakı bıçaq yarası

Sənin üzündən,

Təbəqəm sənin yadigarın.

“İki əlin bir qanda olsa da gəl” deyir

Teleqrafın.

Necə unudaram səni

Vəsiqəli yarım?

BİR İŞ VAR

Hər gün bu qədər gözəlmi, dəniz?

Beləmi görünür göy üzü hər zaman?

Hər zaman gözəlmi bu qədər

Bu əşya, bu pəncərə?

Deyil.

Vallah deyil;

Bir iş var bu işin içində.

SABAHA QƏDƏR

Bu şairlər sevgililərdən betər,

Nədir bu adamlardan çəkdiyim?

Olarmı belə, bütün bir gecəni

Bir misranın məhrəmliyində keçirmək?

Dinlə görüm, bilə bilərmisən

Damların, bacaların türküsünü

Yaxu da qarışqaların buğda daşıdıqlarını

Yuvalarına?

Gözləməsəm olmazmı günəşin doğmasın

İşlənilmiş qafiyələri yollamaq üçün

Qapıma gələcək zibilyığanlarla

Dəniz qırağına?

Şeytan deyir ki: “Aç pəncərəni;

Bağır, bağır, bağır;

Sabaha qədər.”

ƏSGƏR GEDƏN

Əsgər gedən sarı saçlı oğlan,

Yenə belə gözəl dön;

Dodaqlarında dəniz qoxusu,

Kipriklərində duz,

Əsgər gedən sarı saçlı oğlan.

RÖYA

Orhan Vəlinin məzarı
Orhan Vəlinin məzarı

Anamı ölmüş gördüm röyamda

Ağlayaraq oyandım

Xatırlatdı mənə

Bir bayram sabahı

Göy üzünə uçan şarıma baxıb Ağladığımı.

*Tərcüməçidən: ötən ilin yazında Türkiyəyə getmişdim. İstanbulun və Ankaranın kitab mağazalarını gəzib bəzi kitablar aldım. Aldıqlarımın içində sevdiyim şair Orxan Vəlinin kitabı da vardı. Düşündüm ki, həm özüm oxuyaram, həm “Yazı”nın oxucuları üçün çevirərəm. Kitabı vərəqləyəndə gördüm ki, hələ 1947-ci ildə şairin “Yenisi” adlı şeirlər kitabı çıxıb. Elə bu ad altında bir neçə şeirini şeir həvəskarları üçün çevirdim.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG