Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 02:05

K.Heydərov: «Tikintiyə maneələr olmayacaq»


Kəmaləddin Heydərov
Kəmaləddin Heydərov

-

«Tikinti sahəsində elektrik enerjisi, su, kanalizasiya və digər məsələlərlə bağlı texniki şərtlərin alınması sahəsində problemlər var. Bu problemlər mərhələ-mərhələ həllini tapacaq».

APA xəbər verir ki, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov fevralın 16-da tikinti şirkətlərinin rəhbərləri ilə görüşdə bildirib.

K.Heydərov tikinti sahəsində yeniliklərin çox vacib olduğunu və bu yeniliklərin qısa müddətdə tətbiq ediləcəyini söyləyib.

«Belə görüşlərin məqsədi odur ki, tikinti işlərinin sürətləndirilməsi üçün daha hansı işlərin görülməsini müəyyən edək. Gələcəkdə mühüm əhəmiyyətli obyektlərə texniki şərtlərin verilməsi asanlaşdırılacaq. Əvvəllər şirkətlər binalar tikmiş, qəbul aktları olmadan istifadəyə vermişdilər. Həmin binalarda yanğın təhlükəsizliyinin vəziyyəti barədə heç nə məlum deyil. O, binalara elektrik enerjisinin verilməsi dayandırılanda sakinlər narazı qalır, dövlət qurumları da çətin durumla üzləşir. Həmin binaları tikmiş şirkətlərin rəhbərləri isə üzə çıxmırlar. Ancaq yaxşı haldır ki, hazırda belə faktlar yoxdur, bunlar əvvəllər olub» - deyə K.Heydərov qeyd edib.

Nazir tikinti işlərində süni maneələrə yol verilməyəcəyini deyib: «Sənədləşmə ilə bağlı məlumatları tikinti şirkətləri elektron qaydada sistemə elə daxil etməlidir ki, gələcəkdə suallar qalmasın. Bir sözlə, yaxın vaxtlarda Fövqəladə Hallar Nazirliyində istifadəyə veriləcək elektron sistem tikinti sahəsində «vahid pəncərə» rolunu oynayacaq».

Həmçinin bax - AzadlıqRadiosunun Youtube kanalında izləyin

XS
SM
MD
LG