Keçid linkləri

Təcili xəbərlər
2021, 10 May, Bazar ertəsi, Bakı vaxtı 23:56

Müsavatın qurultayı legitim sayıldı


-

Binəqədi Məhkəməsi Müsavat Partiyasının sonuncu qurultayının nəticələrinin etibarsız sayılması barədə iddianı təmin etməyib.

Məhkəmə fevralın 15-də qəbul etdiyi qərarında qurultayın nəticələrinin partiyanın nizamnaməsinə uyğun olmadığını iddia edən bir qrup müsavatçının arqumentlərini əsassız hesab edib.

Qurultaydan narazı qalan şəxslər APA-ya məhkəmənin qərarından apellyasiya şikayəti verəcəklərini deyiblər.

Müsavat partiyasının son qurultayı ötən ilin sentyabrında keçirilmişdi. Arif Hacılının partiya başqanı seçildiyi qurultaydan narazı qalanlar məhkəməyə müraciət etmişdilər.

XS
SM
MD
LG