Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 20:56

Apellyasiya Şurasının sədri danışdı


Prezident Administrasiyası.
Prezident Administrasiyası.

-

«Apellyasiya Şurasına daxil olan şikayətlərin təhlili göstərir ki, sahibkarlar qanunvericiliyin müddəalarını kifayət qədər düzgün təfsir etmir, icrası zəruri olan tələbləri, prosedur qaydaları pozurlar».

AZƏRTAC-ın xəbərinə görə, prezident yanında yeni yaradılan Apellyasiya Şurasının sədri Eldar Nuriyev belə deyib.

Sədr qeyd edib ki, sahibkarların qanunvericilikdən az məlumatlı olmasının son nəticədə şikayətlərə baxılmasından imtinaya, mübahisənin həllini tapmamasına gətirib çıxarır. Şikayətlər süni şəkildə artır, vaxt itkisinə, əlavə iş yükünə, məsrəflərə səbəb olur.

E.Nuriyev deyib ki, Apellyasiya Şurasına son bir neçə gün ərzində ayrı-ayrı orqanların qəbul etdiyi qərarlardan müxtəlif məzmunda xeyli şikayət daxil olub.

Bununla belə o, qeyd edib ki, müvafiq şuraların çıxardığı qərarlar sahibkarları razı salmazsa, prezident yanında Apellyasiya Şurasına üz tuta bilərlər.

Ölkə başçısının fevralın 3-də imzaladığı fərmanla prezident yanında, eləcə də yerli və mərkəzi hakimiyyət orqanları yanında apellyasiya şuralarının yaradılmasına başlanıb. Şuraların yaradılması sahibkarlara dəstək məqsədi ilə izah edilir.

XS
SM
MD
LG