Keçid linkləri

Təcili xəbərlər
2021, 14 May, Cümə, Bakı vaxtı 18:51

AYİB prezidenti Azərbaycana gələcək


Suma Chakrabarti

-

Londona səfərdə olan iqtisadiyyat naziri Şahin Mustafayev Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Suma Chakrabarti ilə görüşüb. İqtisadiyyat Nazirliyinin yaydığı xəbərə görə, görüşdə əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə edilib.

Görüşdə AYİB prezidenti Bankın Azərbaycandakı islahatları dəstəklədiyini bildirib:
«Biz Azərbaycanda aparılan islahatları dəstəkləyirik, atılan addımlar çox əhəmiyyətli və müsbətdir».

Bu ilin iyun ayında Azərbaycana səfərə gələcəyini bildirən AYİB prezidenti Azərbaycanla əməkdaşlığa böyük önəm verdiklərini qeyd edib.

İqtisadiyyat naziri Şahin Mustafayev 2016-cı ilin mayında Londonda keçiriləcək AYİB-in növbəti illik toplantısı çərçivəsində investorlara Azərbaycanın təqdimat mərasiminin keçiriləcəyini bildirib.

AYİB prezidenti Suma Chakrabarti bu sahədə Azərbaycana hər cür dəstək göstəriləcəyini vurğulayıb.

XS
SM
MD
LG