Keçid linkləri

Təcili xəbərlər
2021, 06 May, Cümə axşamı, Bakı vaxtı 15:02

“Ev tikintisi üzrə qiymətlər sabit qalıb”


-

Ötən ilin sonuncu rübündə ölkədə yerüstü tikililər üzrə qiymətlər 0,2 faiz ucuzlaşıb. Yol və körpü tikintisi üzrə qiymətlərdə isə 0,6 faiz bahalaşma qeydə alınıb. “AzərTAC” xəbəri Dövlət Statistika Komitəsinə isnadən yayıb.

Xəbərə görə, ümumilikdə, tikintidə (tikinti-quraşdırma işlərində) istehsalçı qiymətləri əvvəlki rüblə müqayisədə 0,1 faiz ucuzlaşıb.

Bundan əlavə, rüb ərzində yerüstü tikililərdən sosial təyinatlı binaların tikintisi üzrə qiymətlər 0,2 faiz bahalaşıb. İstehsal təyinatlı obyektlərinin tikintisi üzrə qiymətlər də 3,1 faiz ucuzlaşıb. Yaşayış evlərinin tikintisi üzrə qiymətlər isə sabit qalıb.

XS
SM
MD
LG