BMT deyir ki, 2015-ci ildə Əfqanıstanda 11 mindən çox mülki sakin öldürülüb və ya yaralanıb. 2009-cu ildən Əfqanıstanla bağlı aparılan bu statsitika 2015-ci il üçün daha ağır olub.
Fevralın 14-də açıqlanan hesabatda deyilir ki, sıravi sakinlər arasında ölüm halları 2014-cü illə müqayisədə 4 faizdən çox artıb.
Onların 25 faizi uşaq, 10 faizi isə qadındır.
Hesabatda deyilir ki, buna əsas səbəb əhalinin yaşadığı ərazilərdə gedən döyüş və terror aktlarıdır.