Keçid linkləri

2017, 22 Fevral, çərşənbə, Bakı vaxtı 03:45

NATO-nun baş katibi Jens Stolntenberg Suriya ilə bağlı atəşkəs razılaşmasını alqışlayıb, amma qeyd edib ki, Rusiya bu ölkədə keçirdiyi hərbi əməliyyatların dayandırılacağını vəd etmir.

O bunu fefralın 12-də Münhen konfransı çərçivəsində Rusiyanın xarici işlər naziri Sergei Lavrovla görüşdən sonra jurnalistlərlə görüşdə deyib.

Stoltenberg qeyd edib ki, bu razılaşma möhkəm atəşkəs istiqamətində ilk addım olmalıdır və indi əsas məsələ bunun həyata keçirilməsini görməkdir.

Qeyd edək ki, Suriya ilə bağlı əlaqə qrupu Münhen konfransından əvvəl-fevralın 11-də Suriyada atəşkəslə bağlı razılıq əldə ediblər.

5 ildir ki, davam edən Suriya münaqişəsində 250 mindən çox adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG