Keçid linkləri

Təcili xəbərlər
2021, 15 İyun, çərşənbə axşamı, Bakı vaxtı 20:08

"AvtoVaz" iflas ola bilər


Foto arxiv

Rusiyanın “AvroVaz” avtomobil holdinqi ağır ziyandan sonra iflasdan qurtulmaq üçün səhmdarları köməyə çağırıb.

Holdinqin fevralın 12-də verdiyi məlumata görə, ötən il 74 milyard rubl ziyana düşüb ki, bu 2014-cü illə müqaisədə təxminən 3 dəfə çoxdur.

Holdinq satışın 8 faiz azaldığını bildirir.

“Lada” şirkəti gəliri artırmaq üçün xərcləri azaltmaq və səhmləri satmaq qərarına gəlib.

Bu antiböhran planının tərkib hissəsidir.

Amma şirkət yeni kreditlərin təmin edilməsi və borcların yenidən maliyyələşdirilməsi üçün səhmdarların köməyinə ehtiyacı olduğunu xəbərdarlıq edib.

Qeyd edək ki, Fransanın “Reno”şirkətinin “AvtoVaz” holdinqində 50, “Nissan Motor”un isə 17 faiz payları var.

XS
SM
MD
LG