Keçid linkləri

2026, 01 May, cümə, Bakı vaxtı 03:11

Səmədzadə də bankların birləşməsini istəyir

Ziyad Səmədzadə
Ziyad Səmədzadə

-

«Bank sektorunda konsolidasiya aparılmalıdır».

APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

«Bəzi kommersiya banklarında problemlər var, onların fəaliyyəti sağlamlaşdırılmalıdır», - deyə Z.Səmədzadə bildirib.

Komitə sədri qeyd edib ki, kommersiya bankları kreditləşmə siyasətində real sektora daha çox üstünlük verməlidir:

«Real sektora yönələn kreditlər üzrə faiz dərəcəsi də azaldılmalıdır».

O əlavə edib ki, banklar regionlarda ipoteka kreditləşməsini aktivləşdirməlidir.

Deputatın fikrincə, bu addım regionları, onların iqtisadiyyatını canlandıracaq.

Yada salaq ki, 2008-2011-ci illərdə Mərkəzi Bank 4 bankın lisenziyasını ləğv edib. 2016-cı ilin yanvar ayı ərzində daha 7 bank lisenziyadan məhrum edildi. Sonradan onlardan birinin – «NBC bank»ın lisenziyası geri qaytarıldı. Mərkəzi Bank həmin bankların bağlanmasına səbəb kimi onların öhdəlikləri yerinə yetirə bilməmələrini göstərdi.

Bundan əlavə, MB da banklara konsolidasiya təklifini vermişdi.

This item is part of
XS
SM
MD
LG