Serbiyada keçirilən futzal üzrə Avropa çempionatında 1/4 final mərhələsinin Rusiya - Azərbaycan oyununu idarə edəcək hakimlər bəlli olub.
UEFA-nın məlumatına görə, görüşün baş hakimi belçikalı Paskal Lemal olacaq.
Ona finlandiyalı Timo Onatsu kömək edəcək.
Üçüncü hakim isə xorvaityalı Saşa Tomiç olacaq.
Qeyd edək ki, Rusiya - Azərbaycan görüşü bu gün Bakı vaxtı ilə saat 21:30-da başlayır.
Oyun CBC Sport kanalı ilə canlı yayımlanır.