-
İsveç Krallığının xarici işlər naziri, xanım Margot Wallström fevralın 9-da Azərbaycana gəlir.
Xəbəri Azərbaycan Xarici İşlər Nazirliyi yayıb.
Səfər çərçivəsində Margot Wallström fevralın 10-da Azərbaycan xarici siyasət idarəsinin rəhbəri Elmar Məmmədyarovla görüşməlidir.
Görüşdən sonra birgə mətbuat konfransının keçirilməsi gözlənilir.