Keçid linkləri

Təcili xəbərlər
2021, 12 May, çərşənbə, Bakı vaxtı 16:37

Abromaviciusdan korrupsiya sübutları


Aivaras Abromavicius

Ukraynanın keçmiş İqtisadiyyat naziri Aivaras Abromavicius korrupsiya əleyhinə müstəntiqlər qrupuna, vacib dövlət məmurları və dövlət şirkətlərindəki korrupsiya faktları ilə bağlı dəlillər verdiyini deyir.

O bunu fevralın 8-də bəyan edib.

O fevralın 3-də istefa verərkən prezident Petro Poroshenko blokunun üzvü İgor Kononenkonun aparılan islahatlara mane olduğunu demişdi.

Abromavicius Kiyevdə jurnalistlərə lazımınca informasiya topladığını və bunu korrupsiya ilə milli mübarizə bürosuna verəcəyini deyib.

Əslən litvalı olan nazirin istefası Qərb rəsmilərinin narahatlığına səbəb olub.

XS
SM
MD
LG