"Naz-Lifan" qiyməti qaldırır
Naxçıvan avtomobil zavodunda yığılan “NAZ-Lifan” modellərinin qiyməti artacaq.
Bu haqda zavodunun direktoru Musa Abdullayev”Azərtac”a bildirib.
M. Abdullayev qiymət artımının valyuta bazarındakı son vəziyyətlə əlaqəli olduğunu ifadə edib:
“İndiyədək “NAZ-Lifan” modellərinin qiymətlərində artım olmayıb və 11 min manatdan başlayaraq dəyişir. Yaxın günlərdə zavodun nümayəndə heyəti Çinə səfər edəcək, orada qiymətlər və yeni modellərlə bağlı danışıqlar aparılacaq” - deyən M. Abdullayevə görə, yeni qiymətlər 15 min manatdan başlayacaq.
Tortdan sonra yumurta
Rusiyada müxalifət lideri Mixail Kasyanov yenə hücuma məruz qalıb.
Vladimirə hücum zamanı onu yumurta atəşinə tutublar.
Müxalifət lideri maşından düşüb jurnalistlərlə görüşəcəyi binaya yönələrkən "NOD" hərəkatının üzvləri onun arxasınca onlarla yumurta atıblar.
Aksiyaçılar onu "satqın", "Amerikanın casusu" adlandırıblar.
Bu günki AzadlıqLive-da:
Rövnəq Abdullayev itkin düşən neftçilərin ailə üzvləri ilə görüşdən niyə qaçır?
Avtobilini dollar krediti ilə alanlar məhkəmədə banklara qarşı. Onların hüquqlarını müdafiə edəcək Əkrəm Həsənov deyir ki, banklar adamları aldadıb
Azərbaycanda nisyə dəftəri də ləğv olunub, Rusiyada supermarket ərzağı kreditə verir, ancaq ayda 3-5 faizlə
Azərbaycanlı neft baronu
Azərbaycanın neft-qaz baronu Böyük Britaniyaya, Şimal dənizinə ilk sərmayəsini yatırıb, «Maclure» yatağında «Shell» şirkətinin 7.59%-lik payını alıb.
energyvoice.com saytı yazır ki, Nəsib Həsənov 2014-cü ildə Londonda tədqiqat və hasilat biznesini qurub. Hazırda «Nobel Upstream» şirkətinin Azərbaycanda və ABŞ-ın Texas ştatında - Hyustonda texniki və kommersiya qrupları işləyir.