Tortdan sonra yumurta
Rusiyada müxalifət lideri Mixail Kasyanov yenə hücuma məruz qalıb.
Vladimirə hücum zamanı onu yumurta atəşinə tutublar.
Müxalifət lideri maşından düşüb jurnalistlərlə görüşəcəyi binaya yönələrkən "NOD" hərəkatının üzvləri onun arxasınca onlarla yumurta atıblar.
Aksiyaçılar onu "satqın", "Amerikanın casusu" adlandırıblar.
"Naz-Lifan" qiyməti qaldırır
Naxçıvan avtomobil zavodunda yığılan “NAZ-Lifan” modellərinin qiyməti artacaq.
Bu haqda zavodunun direktoru Musa Abdullayev”Azərtac”a bildirib.
M. Abdullayev qiymət artımının valyuta bazarındakı son vəziyyətlə əlaqəli olduğunu ifadə edib:
“İndiyədək “NAZ-Lifan” modellərinin qiymətlərində artım olmayıb və 11 min manatdan başlayaraq dəyişir. Yaxın günlərdə zavodun nümayəndə heyəti Çinə səfər edəcək, orada qiymətlər və yeni modellərlə bağlı danışıqlar aparılacaq” - deyən M. Abdullayevə görə, yeni qiymətlər 15 min manatdan başlayacaq.
ABŞ Kəşfiyyat rəhbəri Qarabağda gərginliyin səbəbini nədə görür
ABŞ Milli Kəşfiyyat Xidmətinin direktoru James Clapper özünün illik hesabatında qeyd edib ki, 2015-ci ildə Ermənistanla Azərbaycan arasında münasibətlərdə gərginlik yüksək səviyyədə qalıb.
"Bakının fasiləsiz silahlanması iqtisadi vəziyyətin pisləşməsi ilə birlikdə 2016-cı ildə münaqişənin kəskinləşməsi ehtimalını artırır.
Azərbaycanın Dağlıq Qarabağla bağlı tələbləri açıq şəkildə rədd etməsi, habelə Ermənistanın nəzarətində saxladığı əraziləri geri qaytarmaq istəməməsi əvvəlki kimi dinc yolla nizamlama imkanını çətinləşdirəcək," - deyə James Clapper qeyd edib.
Hazırda Azərbaycanda 28 min 215 nəfər əmək miqrantı var.
Dövlət Sosial Müdafiə Fondunun yaydığı məlumata görə, fərdi uçot sistemində qeydiyyatda olan əcnəbilərin sayı ötən illə müqayisədə 347 nəfər artıb.
Azərbaycana iş arxasınca gələnlər türklər, ruslar və gürcülərdir. Fondun məlumatında deyilir ki, Türkiyədən 13 min 431, Gürcüstandan 3 min 37, Rusiyadan isə min 718 nəfər iş dalınca Azərbaycana gəlib. Miqrasiya edənlərin 87 faizi (24 min 780 nəfər) kişilərdir.