Kreditə ərzaq
Reuters agentliyinin verdiyi xəbərə görə, Vladivostokda bir supermarket şəbəkəsi alıcılara kreditlə ərzaq təklif edir.
Səbəb iqtisadi böhran şəraitində alıcıların gəlirlərinin azalmasıdır.
Müştərilərə üç ay müddətinə 10 min rublluq (təxminən 125 dollar) mikroborc kartları verilir.
Dollar krediti ilə maşın alanların nəzərinə!
Ötən il manatın dollara qarşı 100 faiz qədər ucuzlaşması avtomobilini kreditlə alan yüzlərlə adamı çıxılmaz vəziyyətə salıb, çünki bir çoxuna kredit dollarla verilib. Banklar da krediti dolların indiki kursuna uyğun ödənişini tələb edir. Hüquqşünas və bank məsələləri üzrə ekspert Əkrəm Həsənov yaxın günlərdə bu müştərilərin mənafeyini güdən kütləvi məhkəmə çəkişməsinə hazırlaşır.
Azərbaycanla sərhəd Rojava?
Moskvada “Suriya Kürdüstanının nümayəndəliyi” açılıb.
Kürdlərin özləri bu ərazini Qərbi Kürdüstan və ya Rojava adlandırırlar.
Nümayəndəlik Moskvanın cənub-şərqindəki sənaye rayonunda, bir zavodun binasında ofisdə açılıb. .
Açılış mərasiminə çox sayda jurnalist gəlsə də, hökumət rəsmiləri tədbirə qatılmayıblar.Divarda asılmış xəritədə Rojava Azərbaycanla sərhəddir
Neftçi ailələrinin etirazı
Xəzərin «Günəşli» yatağındakı qəza zamanı itkin düşən neftçilərin ailə üzviləri və yaxınları Prezident Administrasiyası önündə etiraz aksiyası keçirirlər.
İtkin düşən neftçilərin ailə üzvləri axtarışların aparılması vəziyyətindən narahatdırlar. Onların fikrincə, axtarış getmir, belə axtarışla hansısa nəticəyə nail olmaq mümkün deyil.
«Bizi Dövlət Neft Şirkətinin rəhbəri Rövnəq Abdullayev qəbul etmir. Sorğularımıza cavab ala bilmirik, ona görə də ümidimiz dövlət başçısı İlham Əliyevə və xanımı Mehriban Əliyevaya qalıb» - deyə ailələrdən birinin nümayəndəsi bildirib.