Keçid linkləri

2026, 22 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:18
Ilham Əliyev
Ilham Əliyev

AzadliqLive - İlham Əliyev :"Biz hazır deyildik"

Azərbaycanda və dünyada baş verənlər haqqında xəbərləri anındadaca burada izləyin... Xəbərlər müntəzəm yenilənir

20:46 10.2.2016

Bu günki AzadlıqLive-da:

Yuxarıdan tapşırmaqla iş yeri yaradırlar. İqtisadçı Natiq Cəfərli deyir ki, yeni iş yeri iqtisadi hadisədir, tapşırıqla olmur

Gözlə
Embed

No media source currently available

0:00 0:02:04 0:00
Direct-ə keçid

Bakıda eyni yeri neçə dəfə qazmaq olar? Nobel prospektini yenə niyə qazırlar? Bakı sakinləri deyirlər ki, elə qazıya-qazıya bizi bu günə qoydular. Başqa birisi deyir ki, hər dəfə qazıb, pulları yeməyin bir yolunu tapırlar.

Gözlə
Embed

No media source currently available

0:00 0:00:56 0:00
Direct-ə keçid

Ərzaq nə qədər bahalanıb? Son bir ildə rəsmi statistika ərzağın 18 faiz bahalandığını deyir.

17:52 10.2.2016

Vergi borcları 2,4 milyarddır

Ölkə vətəndaşlarının 2016-cı ilin əvvəlinə olan vergi borclarının məbləği 2,4 milyard manat təşkil edir.

Bunu vergilər nazirinin müavini Sahib Ələkbərov söyləyib Xəbəri Trend yayıb. Bir neçə ildir ki, vergi ödəyicilərinin borcunun göstərilən məbləğdə dəyişdiyini deyən nazir müavininin sözlərinə görə, bu məbləğin təxminən, yarısı dövlət, digər yarısısa özəl sektora aiddir. Vergi qurumları borcların alınması üçün müvafiq tədbirlər görürlər.

S.Ələkbərov eyni zamanda, vergi borclarının ödənilməsi ilə bağlı könüllülük səviyyəsinin artdığını deyib: “Bu gün könüllülük səviyyəsi təxminən 70 faiz civarındadır."

17:44 10.2.2016

Ərzaq nə qədər bahalanıb?

Dövlət Statistika Komitəsi (DSK) fevralın 10-da yaydığı məlumatda bildirib ki, bütövlükdə istehlak məhsulu və əhaliyə göstərilən pullu xidmət qiymətləri yanvarla müqayisədə təxminən 6 faiz artıb.

Bu ilin yanvarında yeyilən məhsullar - 8,7 faiz, yeyilməyən, tükədilib-işlədilən məhsullar - 5,6 faiz, əhaliyə göstərilən pullu xidmətlər 2,1 faiz bahalanıb.

16:19 10.2.2016

Texnikabank müflis oldu

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi fevralın 10-da belə qərar qəbul edib. Məhkəmə qərarına əsasən, bank müflis elan edilib, iflas proseduru başlanıb. Qərarla «M.M.M. Perfekt Konsaltinq» şirkəti bankın ləğvedicisi təyin olunub. Məhkəmə qərarı dərhal icraya yönəldilib.

Haqqın.az yazır ki, yaxın vaxtlaradək bankda 78,44 faiz pay baş idarəsi Lüksemburqda yerləşən Beaufort Investissements S.A. şirkətinə məxsus idi. Qalan 21,55 faiz isə fiziki şəxslərindir. Onlar arasında Etibar Əliyevin payı 87,06 faizdir.

Davamı

XS
SM
MD
LG