Bu günki AzadlıqLive-da:
Məscidlərə müşahidə kameraları quraşdırılacaq. Tarixçi Altay Göyüşov deyir ki, burda əsas məqsəd dindarları nəzarətdə saxlamaqdaır
Şərqşünas Seyid Camal Əzizbəyli isə deyir ki, Türkiyədə məscidlərdə kameralar var, bunun nəyi pisdir?
Stadionda toy eləmək olar, bəs futbol niyə oynamaq olmaz? İdman şərhçisi Coşqun Eldaroğlu deyir: "Stadionda toy keçirmək gülməlidir. Onsuz da ölkədə toyxanalar, şadlıq evləri çoxdur. Stadion da futbolçu kimi formada olmalıdır. Bu stadion isə görünür ki, heç kimə lazım deyil, heç Avrokubok oyunları da keçirilməyəcək”
"Qaranlıq Bakı" layihəsi
Bakı şəhərini işıqlandırma üçün ildə 10-14 milyon manat ayrılıb. Yəni, 10-14 milyon manata qənaət edəcəklər
Artıq Bakıda axşam saat 10-dan sonra çox küçə və meydanlarda işıqlar söndürüləcək. Hökumət elektrik enerjisinə qənaət etməklə “kəməri sıxır”.
“Qaranlıq Bakı” nə vəd edir? AzadlıqRadiosunun suallarını iqtisadçı Məhəmməd Talıblı cavablandırır:
– "Qaranlıq Bakı" dövlət büdcəsinə nə qədər qənaət edə bilər ki?
– Əslində, "Ağ Bakı" layihəsi haqqında düşünən zaman "Qaranlıq Bakı" haqqında da düşünmək lazım idi. Amma vaxtında! O zaman qeyd edirdik ki, Bakı Şəhər İcra Hakimiyyəti paytaxt küçələrini işıqlandırmaq üçün böyük vəsaitlər xərcləyir. Bakı şəhərini işıqlandırma məqsədilə, səhv etmirəmsə, ildə 10-14 milyon manat ayrılıb. Yəni, 10-14 milyon manata qənaət edəcəklər. Bu isə, bulvarda kiçik bir zona üçün xaricdən "od" qiymətinə alınan ağacların yanında qəpik-quruşdur.
2016-cı il Naxçıvanda nə ili elan olunub?
2016-cı il Naxçıvan Muxtar Respublikasında “Nizam-intizamın daha da möhkəmləndirilməsi ili” elan edilib.
APA-nın məlumatına görə, bunu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov YAP Naxçıvan Muxtar Respublika Təşkilatının 2015-ci ildəki fəaliyyəti və qarşıda duran vəzifələrlə bağlı iclasında açıqlayıb.
Atıcılıq Mərkəzində də toy eləmək olar
“Təkcə Olimpiya Stadionunda deyil, Bakı Atıcılıq Mərkəzində də mərasimlərin təşkili üçün gözəl şərait var.”
“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov deyib. "Burada ad günləri, mərasimlər keçirmək üçün istənilən şərait var. Şəxsən mən İspaniyanın Madrid şəhərindəki stadionda olanda belə tədbirlərin keçirilməsinin şahidi olmuşam".
Dünya təcrübəsində də belə halların olduğunu deyən nazir əlavə edib ki, Bakı Olimpiya Stadionunda mərasimlərin təşkili ilə bağlı qərar stadionun pul qazanması üçün bir imkandır və xərclərini ödəmək baxımından mühümdür".
Bir neçə gün öncə Bakı Olimpiya Stadionu da toy mərasimləri təşkil etməsi haqda anons yayıb.