Keçid linkləri

2026, 22 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:33
Ilham Əliyev
Ilham Əliyev

AzadliqLive - İlham Əliyev :"Biz hazır deyildik"

Azərbaycanda və dünyada baş verənlər haqqında xəbərləri anındadaca burada izləyin... Xəbərlər müntəzəm yenilənir

15:45 8.2.2016

Elektrikə qənaət və ya Bakıya qaranlıq çökür ...

Bakıda elektrik enerjisinə qənaət edilməsi tədbirlərinə başlanıb. Artıq bir neçə gündür ki, paytaxtın bir çox küçə və meydanlarında gecə saatlarında işıqlar söndürülməyə başlayıb.

Qənaət rejimi dünya bazarında neftin qiymətinin kəskin düşməsi və manatın ucuzlaşmasından sonra hökumətin müxtəlif xərclərə nəzarəti artırması ilə bağlıdır.

Bakı Şəhər İşıq İdarəsinin Səbail rayon şöbəsinin müdiri Şahmurad Məmmədov ANS-Prsess-ə açıqlamasında deyib ki, paytaxtın bütün ərazilərində qənaət məqsədi ilə axşam saat 22:00-dan sonra işıqlar söndürüləcək.

15:06 8.2.2016

İntihara cəhd edən sahibkar danışdı

Ötən həftəsonu «Amal-D» MMC-nin başçısı Dönməz Məmmədov Bakıda körpüyə qalxaraq intihara əl atdı. Hüquq-mühafizə orqanları onu fikrindən daşındıra bildilər. Bəs sahibkarı intihara əl atmağa vadar edən səbəbləri necə, aradan qaldırdılarmı?

O deyir ki, fevralın 10-da mətbuat konfransı keçirəcək, bundan 1 həftə sonra Nəqliyyat Nazirliyində görüşüb problemi həll eləməsələr, ya yenidən intihara əl atacaq ya da aclıq aksiyası keçirəcək. "Geriyə yolum yoxdur."

14:27 8.2.2016

"Neft daha bir sülaləni titrədir"

«Ötən il Azərbaycanın valyuta ehtiyatlarının azalması və manatın iki dəfə devalvasiyaya uğraması bu neftdənasılı asılı ölkəni sərt sınağa çəkdi. Uzun zamandan bəri ölkəni yönəldən liderin iqtisadi və siyasi çətinlikləri hələ indi başlanır». Bunu «Bloomberg»agentliyinin saytında Balazs Penz yazır.

Müəllif vurğulayır ki, prezident İlham Əliyev nabələd bir sahəyə girib, manat ötən ilin ən pis valyutası elan olunub. Ailəsi 40 ildən çoxdur bu ölkəni idarə edir. Ancaq qiymətlər birdən qalxdığından o, 10 ili aşan idarəçiliyi dönəmində ən böyük narazılıqla üzləşir: «Azərbaycandakı çığır-bağır və narazılıq neft ucuzlaşdıqca, ona tapınan sülalələrin problemlərini göstərir».

«Economist Intelligence Unit» təşkilatının Azərbaycan üzrə təhlilçisi Alex Nice eyni mövzuya toxunaraq yazır: «Prezidentin belə böhranı çözmək təcrübəsi yoxdur. O, həyat standartı və maaşların ilbəil yüksəlməsinə alışıb... Neftdən asılılıq Səudiyyə Ərəbistanını xatırladır, ancaq Azərbaycanın suveren ehtiyatları daha kiçikdir».

«Standard&Poor’s» reytinq agentliyi bu il ölkədə inflyasiyanın 15 faizi haqlayacağını düşünür, çünki ərzaq və idxal mallarının qiyməti kəskin qalxıb.

13:24 8.2.2016

Azərbaycan 5 il Formula-1 yarışlarını keçirməyə məhkumdur

"Müqavilə 10 illik bağlanıb. Müqaviləyə əsasən, Azərbaycanda "Formula - 1" yarışları 5 il keçirilməlidir. Azərbaycan 5 il ərzində qərar versə ki, bu yarış keçirilməsin, onda biz cərimə ödəməliyik".

APA-nın məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.

A. Rəhimov bildirib ki, 10 illik müqavilənin növbəti 5 ilində isə Azərbaycan öz istəyinə əsasən yarışı ya keçirə, ya da dayandıra bilər: "Ancaq ilk 5 ildə keçirilməlidir. Hazırda yarışın büdcəsi 12 milyon dollardır. Bu yarışın büdcəsi hər il ödənən haqq və təşkilatı xərclərdən ibarətdir, bunun da açıqlaması olacaq. Heç nə gizli qalmayacaq".

Davamı

XS
SM
MD
LG