Keçid linkləri

2024, 06 Dekabr, Cümə, Bakı vaxtı 05:21

Ləğv edilmiş «Texnikabank» pul tələb edir


«Texnikabank»
«Texnikabank»

-

Bakı Apellyasiya Məhkəməsində «Texnikabank» ASC-nin «Xudafərin Tikinti Quraşdırma» MMC və Sənan Əliyevə qarşı şikayəti üzrə məhkəmə başa çatıb. «Report» xəbər verir ki, prosesə hakim Elnur Həsənov sədrlik edib.

Qərara əsasən, iş baxışdan çıxarılıb, birinci instansiya məhkəməsinə qaytarılıb.

«Texnikabank» ASC «Xudafərin Tikinti Quraşdırma» MMC və Sənan Əliyevi məhkəməyə verib. Suraxanı Rayon Məhkəməsinə müraciət edən bank kredit borcunun ödənilməsi tələbi qaldırıb. Məhkəmə iddianı qismən təmin edib. «Texnikabank» qərardan narazı qalaraq Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

«Xudafərin» MMC ilə bağlı məsələyə 2015-ci ilin fevral-sentyabr aylarında AMAY şirkətinin rəhbəri Abdulla Abdullayev və onunla birgə mühakimə edilən 5 nəfərin Bakı Ağır Cinayətlər Məhkəməsindəki prosesində də baxılıb. Həmin məhkəmə prosesində iştirak edən bankın nümayəndəsi şirkətin banka borclu olmadığını deyib və bu barədə sənəd də verildiyini bildirib. Həmin prosesdə A.Abdullayevə 13 il həbs, «Xudafərin» MMC-nin rəhbəri də daxil olmaqla qalan 5 nəfərə isə 9 il müddətinə azadlıqdan şərti məhrum etmə cəzası verilib.

Mərkəzi Bank 2016-cı il fevralın 1-də «Texnikabank»ın lisenziyasını ləğv edib.

XS
SM
MD
LG