Keçid linkləri

2017, 25 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:39

-

Mətbuat Şurası bir neçə sayta xəbərdarlıq edib.

Xəbərdarlıq qərarı Mətbuat Şurasının fevralın 5-də keçirilən toplantısında çıxarılıb.

Şura xəbər verir ki, Yardımlı rayon İcra Hakimiyyətinin “bizimxəbər.az”, Abşeron Rayon Dövlət Arxivi İdarəsinin “aia.az”, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasınınsa "xeber.info" və "arqument.az" saytlarına qarşı şikayətləri araşdırılıb. Şura dövlət qurumlarının mediaya qarşı bütün şikayətlərinin əsaslı olduğu, şikayət edilən media qurumlarının Jurnalistlərin Peşə Davranışı Qaydalarını pozduğu qənaətinə gəlib.

Mətbuat Şurası müzakirələrin sonunda “aia.az”, "xeber.info" və "arqument.az" saytlarına xəbərdarlıq edilməsi barədə qərar verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG