Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:35

Astrid Lindgren Azərbaycan dilində


Astrid Lindgren
Astrid Lindgren

-

İsveçin Azərbaycandakı səfirliyindən aldığımız məlumata görə, yazıçı Astrid Lindgren-in əsərləri Azərbaycan dilinə tərcümə olunaraq çap edilib. Kitabların tərcümə və nəşr hüququ «Əli və Nino» Nəşriyyat Evinə məxsusdur. Lindgren-in 3 məşhur qəhrəmanı - Karlsson, Pippi və Emil haqqında 9 kitab çap olunub.

Kitabların təqdimat mərasimi Masazırda yerləşən məcburi köçkün şəhərciyində keçirilib.

Azərbaycanın bütün bölgələrini əhatə edən layihə çərçivəsində 610 qaçqın və məcburi köçkün məktəbinin hər birinə A.Lindgren-in 9 ədəd kitabı hədiyyə ediləcək.

Layihə müəllifləri bu aksiyanın qaçqın və məcburi köçkün ailələrindən olan azərbaycanlı uşaqlar arasında oxumaq həvəsini stimullaşdıracağı qənaətindədir.

Səfirlik hesab edir ki, bu layihə həmçinin İsveçdə Azərbaycanın qaçqın və məcburi köçkünlərinin vəziyyəti haqqında geniş məlumatın yayılmasına kömək edəcək.

Layihənin təqdimat mərasimində Lindgren-in kitablarından qısa səhnəciklər nümayiş olunub. Hazırda Gənc Tamaşaçılar Teatrı ilə A.Lindgren-in əsərləri əsasında teatr tamaşalarının təşkil edilməsi məsələsi müzakirə olunur.

«Əli və Nino» Nəşriyyat Evinin rəhbəri Nigar Köçəlidən aldığımız məlumata görə isə, kitablarda müəllifin 1945, 1955 və 1964-cü il nəşrlərindəki orijinal illüstrasiyalardan istifadə olunub. Hər biri 1000 nüsxə ilə çap olunan kitabların qalan qismi satışa çıxarılacaq.

XS
SM
MD
LG