Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:56

Parlament partiyaları Minsk Qrupuna qarşı


Həmsədrlər təmas xəttində.
Həmsədrlər təmas xəttində.

-

«Azərbaycan ATƏT-in Minsk Qrupunun vasitəçiliyindən imtina etməlidir».

Bu fikirlər parlamentdə təmsil olunan Sosial Rifah (ASRP), Ana Vətən (AVP), Sosial-Demokrat (ASDP) və Vəhdət Partiyası (AVP) sədrlərinin fevralın 4-də keçirdikləri mətbuat konfransında səslənib.

ASDP sədri Araz Əlizadə bildirib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk Qrupunun vasitəçiliyindən imtina etməlidir. Vəhdət Partiyasının sədri Tahir Kərimli də münaqişənin həllinin ATƏT-in Minsk Qrupuna həvalə edilməsini vaxt itkisi sayıb.

ASRP sədri Xanhüseyn Kazımlı, AVP sədri Fəzail Ağamalı da sülh danışıqlarının bir nəticə vermədiyini qeyd ediblər.

ATƏT-in fəaliyyətdə olan sədri Frank-Walter Steinmeier də fevralın 3-də dərc olunan məqaləsində bu mövzuya toxunmuşdu. Məqalədə qeyd edirdi ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların ATƏT-in Minsk Qrupunun himayəsi altında intensivləşdirilməsinin tərəfdarıdır.

XS
SM
MD
LG