Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 11:46

Baş Prokurorluq kəfən geyinənlərə cavab verdi


Kəfən geydilər, etiraz etdilər
Gözlə

No media source currently available

0:00 0:02:42 0:00

Kəfən geydilər, etiraz etdilər

-

Ölkə prokurorluğu vətəndaşların müraciət və şikayətləri əsasında onların sorğularını cavablandırıb.

Şikayətçilərdən Sevda Süleymanova əri Qüvvətəli Süleymanovun əsassız olaraq məhkəmə məsuliyyətinə verilməsindən narazılıq edib. Cavabda adıçəkilən işin hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olduğu bildirilir.

Bundan başqa Alya Təmrazovanın qanunsuz psixiatriya müəssisəsinə yerləşdirilməsi və evindən oğurluq olması ilə bağlı da araşdırmanın aparıldığı bildirilir.

Mətanət Mahmarzayeva isə qızı Fatimə Mahmarzayevanın zərərçəkmiş olduğu cinayət işinin obyektiv araşdırılmamasından şikayətlənib. Ona cavab verilib ki, bu iş üzrə digər təqsirlilərin məsuliyyətə cəlb olunmaları yönündə istintaq tədbirləri aparılır .

Başqa bir şikayətə verilən cavabda isə qeyd edilir ki, Rəsmiyyə Kərimovanın övladına qarşı seksual zorakılıqla bağlı cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Prokurorluq yol qəzası, dələduzluq və döyülmə şikayətləri ilə də bağlı daha bir necə müraciəti cavablandırıb.

Prokurorluğa edilən müraciətlərdə qanunsuz işdənçıxarılma, vəzifə səlahiyyətlərindən sui-istifadə ilə də bağlı şikayətlər yer alırdı. Abşeron rayonundan gələn belə bir şikayətə isə cavab olaraq bildirilir ki, hazırda bu məsələyə Xəzər rayon Prokurorluğunda baxılır.

Fevralın 3-də bir qrup şikayətçi Baş Prokurorluğun binası önündə etiraz aksiyası keçirib. Şikayətçilər problemlərinin həll edilməməsindən narazılıq ediblər. Vətəndaşların əsas tələbləri baş prokuror Zakir Qaralovla görüşmək olub. Onların bəziləri kəfən geyinərək problemlərinə göz yumulmasına bu yolla etiraz ediblər.

XS
SM
MD
LG