Keçid linkləri

2017, 21 İyul, Cümə, Bakı vaxtı 11:01

Bakı rus-türk qarşıdurmasından narahatdır


Elmar Məmmədyarov

-

“Türkiyə və Rusiya arasında qarşıdurma Azərbaycanı narahat edir”.

Trend İnformasiya Agentliyi xəbər verir ki, Xarici işlər naziri Elmar Məmmədyarov bunu jurnalistlərə açıqlamasında deyib.

Bununla belə Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri qeyd edib ki, rəsmi Bakı bu qarşıdurmanın region ölkələrinə mənfi təsir etməyəcəyinə ümid edir .

Nazirin sözlərinə görə, Azərbaycan tərəfi bundan əvvəl Türkiyə və Rusiya xarici işlər nazirləri ilə region ölkələri arasında münasibətlərə zərər vurmamaq üçün gərginliyin azaldılması məqsədilə danışıqlar aparıb:

“Bizim Türkiyə ilə strateji tərəfdaşlığımız var və Rusiya ilə də sıx münasibətlər saxlayırıq. Bununla əlaqədar olaraq, biz məsələnin həlli üçün maksimum səy göstərməyi təklif edirik” – deyə Elmar Məmmədyarov bildirib..

Günün bütün mövzuları

XS
SM
MD
LG