Keçid linkləri

Təcili xəbərlər
2021, 06 Mart, şənbə, Bakı vaxtı 19:28

Putin Medvedevin planını dəstəkləyib


Vladimir Putin və Dmitry Medvedev

Rusiya prezidenti Vladimir Putin baş nazir Dimitry Medvedevin planını müsbət qarşılayıb.

Söhbət büdcə gəlirlərinin azalmasına cavab olaraq bir neçə dövlət idarəsi və xitmətlərin birləşdirilməsindən gedir.

Qeyd edək ki, dünya bazarında neftin kəskin ucuzlaşması və Ukrayna münaqişəsinə görə Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar Rusiyaya ciddi ziyan vurur.

Medvedev fevralın 2-də Sərhəd Xidmətləri Agentliyinin buraxılması və onun işinin Nəqliyyat Nazirliyinə verilməsini təklif edib.

O həmçinin "Rosfinnadzor"u Federal Xəzinədarlıq İdarəsi ilə birləşməyə çağırıb.

XS
SM
MD
LG