Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Noyabr, çərşənbə, Bakı vaxtı 07:14

Moskvadan Londonun bəyanatına cavab


Maria Zakharova

Moskva Londonun bəyanatının təhlükəli dezinformasiya olduğunu bəyan edib.

Bunu fevralın 2-də Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zakharova deyib.

Qeyd edək ki, Böyük Britaniyanın Xarici işlər naziri Philip Hammond bazar ertəsi Reuters agentliyinə müsahibəsində deyib ki, Rusiyanın Suriyadakı hərəkətləri münaqişəni dərinləşdirir və müharibə zonasından qaçqın axınını artırır.

Hammond qeyd edib ki, Rusiyanın hərbi zərbələri yalnız Suriya prezidenti Bashar Assadı dəstəkləməyə yönəlib.

“Suriyada bütün görmək istədiklərimiz pozulur. Rusiya təmsilçiləri deyirlər ki, gəlin danışaq. Sonra danışırlar, danışırlar, danışırlar. Problem ondadır ki, elə danışıqlar vaxtı da bombalamaqda davam edirlər. Onlar Assad-ı dəstəkləyirlər”.

Moskva əsas hədəfin İslam Dövləti qrupu və digər terrorçular, ABŞ və onun müttəfiqləri isə prezident Bashar Assada qarşı mübarizə aparan mötədil müxalifətçilər olduğunu deyirlər.

Moskvanın məlumatına görə, Rusiya təyyarələri Suriyada dəqiq zərbələr həyata keçirir.Amma humanitar təşkilatlar bu zərbələr nəticəsində yüzlərlə dinc sakinin öldüyünü bildirirlər.

XS
SM
MD
LG