Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Aprel, çərşənbə, Bakı vaxtı 15:03

ANS daha 8 işdə MTRŞ-ni uddu


ANS-in prezidenti Vahid Mustafayev

-

Fervalın 2-də Səbail Məhkəməsi ANS-in Milli Televiziya və Radio Şurasına qarşı daha 8 şikayəti üzrə belə məzmunda qərar qəbul edib.

Bu haqda ANS PRESS-ə telekanalın vəkili Sevda Məhərrəmova məlumat verib

Hakim Aytən Əliyevanın çıxardığı qərarlara əsasən, MTRŞ telekanal barədə çıxardığı qərarlara yenidən baxmalı olacaq.

Yada salaq ki, Səbail Məhkəməsi sözügedən şikayətlərə ikinci dəfə baxıb. Məhkəmə 2015-ci ilin dekabr ayında keçirilən ilk baxış zamanı şikayətlərin hamısını əsassız hesab etmişdi. 2016-cı ilin yanvar ayının sonunda isə Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarlarını ləğv etmiş, iddiaları yenidən baxılması üçün Səbail Məhkəməsinə qaytarmışdı.

Milli Teleradio Şurası son 2 ildə ANS-in cəzalandırılmasını nəzərdə tutan 26-dan çox qərar qəbul edib. Fevralın 1-də Səbael Məhkəməsi daha 8 iş üzrə ANS-in xeyrinə qərar vermişdi.

XS
SM
MD
LG