Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:35
Khodro zavodunda robotlar
Khodro zavodunda robotlar

AzadlıqLive-İran Azərbaycanın puluna birgə maşın buraxmaq istəyir

Azərbaycanda və dünyada baş verənlər haqqında xəbərləri anındadaca burada izləyin... Xəbərlər müntəzəm yenilənir.

Azərbaycanda və dünyada baş verənlər haqqında xəbərləri anındadaca burada izləyin... Xəbərlər müntəzəm yenilənir, DAVAMI düyməsini vurmaqla öncəki saatların xəbərlərini izləyin.

16:50 5.2.2016

Azadlıq Radiosunun müxbiri saxlandı

AzadlıqRadiosunun əməkdaşı Rəvan Seyfulla fevralın 5-də günorta saatlarında intihara cəhd edən şəxsin videoçəkilişini edərkən saxlanılıb.

O, Yasamal ayon 29-cu polis bölməsinə aparılıb.

Son məlumata görə, jurnalist sərbəst buraxılıb (video).

15:47 5.2.2016

Zika Avropaya da gəldi

Avropada ilk dəfə “Zika” virusuna yoluxma halı aşkar edilib. İspaniyada hamilə qadın bu simptomla xəstəxanaya götürülüb. Səhiyyə Nazirliyinin fevralın 4-də yaydığı məlumata görə, qadın bu yaxınlarda Kolumbiyadan dönüb.

Şimali və Cənubi Amerikada peyda olan bu virus , əsasən ağcaqanadlar keçirir.

Amma ABŞ-da bu virusun ilk dəfə cinsi əlaqədən də keçdiyi bildirilir.

Beynəlxalq Səhiyyə Təşkilatı virusun qlobal problem olduğunu bildirib.

Təşkilatın məlumatına görə “Zika” virusu dünyada 4 milyon insana yayıla bilər.

Hələlik bu vuruşa qarşı peyvənd və ya müalicəsi yoxdur.

15:21 5.2.2016

Azərbaycanda şəkər xəstələri ilə 15 faiz artır

Nazirlər Kabineti 2016-2020-ci illər üçün şəkərli diabetə qarşı Dövlət Proqramını təsdiqləyib.

Dünyada şəkərli diabet xəstələrinin sayı hər il 15-20 faiz artır.

Azərbaycanda ilbəil bu xəstəliyə yoluxanların sayında 15 faizə qədər artım müşahidə olunur. 2015-ci ilin9 ayının nəticələrinə əsasən, ölkədə 204 min 964 nəfər diabet xəstəsi qeydiyyatdadır.

14:16 5.2.2016

İsabel Santos: "Donmuş münaqişələr ən qızğın mövzudur"

ATƏT-in Parlament Assambleyasının Demokratiya və İnsan Haqları üzrə Komitəsinin sədri İsabel Santos Azadlıq Radiosuna müsahibəsində “İnsan haqlarına görə Azərbaycana qarşı sanskiyalar qəbul oluna bilərmi?” – sualına cavabında deyir ki, “ATƏT-in Parlament assambleyası dialoq tərəfdarıdır. Hərçənd sanskiyalar həmişə problemin həlli yollarından biridir, ATƏT-in Parlament Assambleyası problemləri həll etmək üçün həmişə siyasi, diplomatik dialoq axtarır”.

Gözlə

No media source currently available

0:00 0:02:28 0:00
Direct-ə keçid


Dondurulmuş münaqişələr haqda İsabel Santos deyir ki, “Dondurulmuş münaqişələr gündəlikdə ən qızğın məsələdir”.

Onun sözlərinə görə, ATƏT-in Parlament Assambleyası münaqişə tərəfləri arasında fikir mübadiləsi, dialoq təklif edir. “Münaqişənin həllini tapmaq asan deyil, ancaq buna çalışırıq”.

Gözlə

No media source currently available

0:00 0:02:38 0:00
Direct-ə keçid

Türkmənistan haqda İsabel Santos bildirir ki, “ATƏT-in Parlament Assambleyası Türkmənistan hakimiyyətindən insan haqları ilə bağlı problemləri həll etmək üçün addımlar gözləyir.”

Gözlə

No media source currently available

0:00 0:00:19 0:00
Direct-ə keçid

Davamı

XS
SM
MD
LG