Keçid linkləri

Təcili xəbərlər
2021, 20 İyun, bazar, Bakı vaxtı 11:11

Oxfam Suriyaya görə tənqid edir


Qaçqınlar, arxiv fotosu

-

Beynəlxalq xeyriyyə təşkilatı olan Oxfam Rusiya da daxil olmaqla, bir sıra ölkələri Suriya müharibəsi qurbanlarına kömək göstərmədiyinə görə tənqid edib.

Fevralın 1-də yayılmış hesabatda Oxfam Rusiya, Səudiyyə Ərəbistanı və Fransanın ən az maliyyə yardımı ayırdığını bildirib.

Oxfam bildirir ki, zəngin ölkələrdən çoxu iqtisadiyyatının ölçüsünə görə çox az maliyyə yardımı ayırır. Nə Rusiya, nə də Səudiyyə Ərəbistanı suriyalı qaçqınları qəbul etməyib.

Bundan başqa, ər-Riyad Suriya hökumətinə qarşı vuruşan üsyançıları, Moskva isə Dəməşq hökumətini dəstəkləyir.

Fevralın 4-də Londonda donor konfransı keçiriləcək. Qurum suriyalı qaçqınlara yardımı artırmağa çağırır.

XS
SM
MD
LG