Keçid linkləri

Təcili xəbərlər
2021, 02 Mart, çərşənbə axşamı, Bakı vaxtı 18:59

Neftçilər təlimlərə cəlb edilirlər 


Qəzada ölən neftçilərin dəfni, dekabr, 2016-cı il

-

Azərbaycanda neftçilər təlimlərə cəlb olunur. “Müsavat.com” saytı bu xəbəri təlimlərdə iştirak edən neftçilərə isnadən yayıb.

Xəbərə görə, SOCAR-ın Xəzərdəki platformada çalışan neftçiləri təlimlərə növbəli olaraq cəlb edilirlər. Təlimlərin SOCAR-ın Qaradağ rayonunda təsis etdiyi "BOS Shelf" MMC neft şirkətində keçirildiyi bildirilir.

Yada salaq ki, 2015-ci il dekabrın 4-də “Günəşli” yatağında yanğın baş vermişdi. Həmin qəza-yanğında 30 neftçi itkin düşmüş, 33 nəfər isə xilas edilmişdi. Sonradan itkin düşənlərdən 12-nin meyit aşkarlandı. 18 neftçidən isə hələ də xəbər yoxdur.

XS
SM
MD
LG