Keçid linkləri

Təcili xəbərlər
2021, 20 İyun, bazar, Bakı vaxtı 04:04

İraqlılar üçün 816 milyon istənilir


Bağdad, arxiv fotosu

-

BMT müharibədən əziyyət çəkmiş iraqlılara humanitar yardım məqsədilə 861 milyon dolların toplanmasına çağırır.

“Prioritetimiz böyük əziyyətdə olan insanlara sağ qalmaqdan ötrü gərəkəni – ərzaq, pul, sığınacaq, su çatdırmaqdır”, BMT-nin İraq üzrə koordinatoru Lise Grande yanvarın 31-də Bağdadda mətbuat konfransında deyib.

Neftin ucuzlaşması, məzhəbçilik İraqa ciddi ziyan vurub, İslam Dövləti (İŞİD) ekstremist qruplaşması ilə müharibə 3.3 milyon iraqlını didərgin salıb.

Hökumətin yanvarın 31-də açıqladığı hesabata görə, İŞİD-lə müharibənin yaratdığı humanitar böhranın həllindən ötrü bu il İraqa 1.56 milyard dollar lazımdır.

XS
SM
MD
LG