Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:27

Göz yaşların yanaqlarını daşqalaq etdikcə


Şəhriyar İbrahimov
Şəhriyar İbrahimov

-

Şəhriyar İbrahimov

Ölü doğulan ümidlər

Zamanla əynindəki bir qucaq darıxmaq daha çox batar ürəyinə...
Bir udum xoşbəxtliyə tamarzı qalar ömrün...
Xatirə dolu keçmişə həbs olunub,dadmağa başlayarsan kədərin bütün növlərindən...
Və ən çox sarışın axşamçağılarda üzülərsən...
Qəlbindəki yanğını göz yaşların söndürə bilmədikcə, anlayarsan...
Anlayarsan ki, ümidlərin ölü doğulur.
Anlayarsan ki, həyat əyninə gəlmir, bədənini sıxır...
Anlayarsan, cəhənnəmin ən isti küçəsindəki ağrıları, yanğıları...
Qəlbini bütün iztirablara hazılayarsan, can verən bir xəstəni ölümə hazırlayan kimi...
Üstündə illərin yorğunluğu solğun rəsmlər xatırladar keçmişi,
gözlərinin sahilində oturub şeir yazdığın günləri...
Və bir gün üz tutub yox olmaqla var olmağın kəsişdiyi yerə gedərsən...
..Yetim qalmış bütün sevgilərin hesabını almağa,
əlində Tanrının qanına bulaşmış bir qırmızı gül,
bir budaq quru ömür...

İntihar sayrışmaları

Sarılıb xatirələrə, acgözlüklə içinə çəkərsən ayrılıq rüzgarlarını.
Göz yaşların yanaqlarını daşqalaq etdikcə, zaman dəyirmanında ümidlərin bir az daha əriyər,
Bir az daha üşüyər baxışların,
Qıvrılar içindəki xoşbəxtlik tablosu...
Hər şeyim dediklərininlə heç kimsə dediklərinin eyniliyi daha çox ağrı verər sinənin sol tərəfinə.
Gələcəklə gəlməyəcək arasındakı boş çoxluqda dəfn olunar ümid qırıntıları..
Bütün ağrılardan nübar etdikcə, gözlərinə hücum çəkməyə başlayar intihar sayrışmaları,
Bütün ağaclar dar ağacına çevrilər baxışlarında...
Ruhun cəhənnəmə çevrildikcə, daha çox yanmağa başlayar ürəyin,
Daha çox buz tutmağa başlayar bədənin.
Təkliyinin fonunda bir ölüm müsiqisi zümzümə edər küləklər,
nəmli pəncərələrin gözləri yol çəkər nəfəsi ölüm qoxuyan gecələrdə,
yeni şeirlər toxuyarsan kədər ilmələrindən.
Bir şeir daha..
Bir unuduluş daha,
bir məğlubiyət daha...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG