Keçid linkləri

Təcili xəbərlər
2023, 29 Sentyabr, Cümə, Bakı vaxtı 17:19

Oğru ev sahibini bıçaqlayıb


Polis

-

Şəmkirdə evə girən oğru ev sahibini bıçaqlayıb.

APA xəbər verir ki, rayonun Zəyəm qəsəbə sakini, Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən 36 yaşlı Aynurə Məmmədova polisə izahatında belə bildirib.

O deyib ki, ötən gecə yaşadığı evə naməlum şəxs oğurluq məqsədilə daxil olub.

Qadının ayılıb səs-küy saldığını görən oğru ona bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçıb.

Əməliyyat olunan qadının vəziyyəti normaldır.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

XS
SM
MD
LG