Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:07

"Gözəgörünməz əsərlər"ini 35 min dollara satan rəssam


"Lana Newstom'un sərgisi"ndən radionun yaydığı foto
"Lana Newstom'un sərgisi"ndən radionun yaydığı foto

-

Təxminən bir il bundan əvvəl Kanadanın CBC radiosu "This is That" adlı verilişində bir xəbər və müsahibə yayımlamışdı, qısa zamanda sorağı aləmə yayılmışdı.

Xəbərdə Art ustası Lana Newstrom'un öz “gözəgörünməz” sənət əsərlərini 35 min ABŞ dollarına satdığı deyilirdi:

"Onun Nyu Yorkda öz qalereyası var, buradakı divarlarda “gözəgörünməz art” nümunələrinə baxmaq olar. İnsanlar (bəziləri onları idiot adlandırırlar) bu qalereyaya gedir və bu gözəgörünməz əsərlərə baxmaq üçün pul ödəyirlər.

Onun 27 yaşı var. Özünü dünyada “gözəgörünməz incəsənət” yaradan ilk art ustası kimi təqdim edir. Onun sərgisində hər şey – forma, rəng, material növü,hər bir şey yalnız təxəyyüldə mövcud olur.

35 min ABŞ dollarına əsər satması isə "Schulberg Qalereyası”nda olub, həmin gün o, dörd əsər satıb.

Onun studiyası boşdur. Deyir ki, siz görmürsünüz, amma bu o demək deyil ki, mən müəyyən əsərlərin yaradılmasına saatlar sərf etməmişəım. Art təxəyyül məsələsidir, mənim əsərlərim tamaşaçılardan bunu tələb edir. Siz qarşınızdakı rəsmi, heykəli təxəyyül etməlisiniz."

Radio aləmə səs salan bu xəbərində Lananın agenti Paul Rooney-ə də istinad edirdi: "Lana dövrümüzdə dünyanın ən böyük art ustalarındandır. O, sizin görə bilmədiyiniz şeyləri elə təsvir edir ki, siz onları görməyə başlayırsınız.”

Bugünlərdə isə, üstündən bir il keçəndən sonra bu xəbəri yazanların Pat Kelly Peter Oldring adlı iki kanadalı komediyaçı olduğu radio tərəfindən rəsmi şəkildə elan edilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG