Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Sentyabr, çərşənbə, Bakı vaxtı 23:15

Qəbiristanlıqlarla bağlı qanun hazırdır


Qəbiristanlıq

-

Azərbaycanda qəbiristanlıqların istifadəsi haqqında yeni qanun layihəsi hazırlanıb.

«Report» xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə komitənin yanvarın 29-da keçirilən iclasında bildirib.

Onun sözlərinə görə, layihənin müzakirə üçün şəhər, rayon və qəsəbə bələdiyyələrinin assosiasiya rəhbərlərinə verilməsi planlaşdırılır: «Onlar layihəni müzakirə etdikdən sonra öz təkliflərini verəcəklər. Qanun layihəsi yaxşı olsa da, çox vəsait tələb edən məsələdir. Ona görə də ilk olaraq bunun üçün tələb olunan vəsaitin haradan və necə tapılması haqqında düşünmək lazımdır» - Arif Rəhimzadə deyib.

XS
SM
MD
LG