Keçid linkləri

Təcili xəbərlər
2021, 18 May, çərşənbə axşamı, Bakı vaxtı 22:18

ABŞ gəmisi üzərindən İran dronu uçub


USS Harry S. Truman, arxiv fotosu

-

Donanma təlimi zamanı ABŞ təyyarədaşıyanı üzərindən İranın kəşfiyyat dronu uçub. Bu barədə İran Dövlət Televiziyası məlumat yayıb.

Yanvarın 29-da verilən məlumatda bildirilir ki, qurğu gəminin fotolarını çəkib, ancaq detallar açıqlanmır.

ABŞ tərəfdən hələlik xəbərə reaksiya verilməyib.

USS Harry S. Truman gəmisi Körfəzdədir, İraq və Suriyada İslam Dövləti (İD) ekstremist qruplaşmasına qarşı əməliyyatları dəstəkləyir.

İran bu həftənin əvvəlində Hörmüz boğazında donanma təliminə başlayıb.

XS
SM
MD
LG