Keçid linkləri

Təcili xəbərlər
2021, 17 Aprel, şənbə, Bakı vaxtı 13:06

Malala-nın müraciətinə 70 min imza


Malala Yousafzai

-

Yanvarın 28-dək pakistanlı Nobel sülh mükafatı laureatı Malala Yousafzai-ın petisiyasına 70 mindən çox imza toplanıb. Malala Suriya donorlarının təhsilə milyonlarla dollar ayırmasını istəyir.

Onlayn petisiya ABŞ Prezidenti Barack Obama-ya ünvanlanıb.

Petisiyada dünya liderlərindən xahiş olunur ki, fevralın 4-də Londonda keçiriləcək konfransda “bütün suriyalı uşaqların təhsil ala bilməsindən ötrü” 1.4 milyard dollar ayırsınlar.

Konfransı Britaniya, Almaniya, Norveç, BMT və Küveyt keçirir.

Onlar Suriya münaqişəsindən ziyan görmüş, ölkə daxilində didərgin düşmüş 13.5 milyon insana yardım yollarını müzakirə edəcəklər 4.2 milyon isə ölkədən qaçmalı olub.

Ötən il BMT agentlikləri bütün hökumətlərdən 8.4 milyard dollar istəyib, ancaq 3.3 milyard dollar əldə edib.

XS
SM
MD
LG