Keçid linkləri

2017, 28 İyul, Cümə, Bakı vaxtı 15:19

-

ANS-in Telerio Şurasına qarşı udduğu işlərin sayı 8-ə çatıb. Yanvarın 28-də Bakı Apellyasiya Məhkəməsi telekanalın dörd apellyasiya şikayətinin hamısını qismən təmin edib. Dörd işdə Səbael Məhkəməsinin çıxardığı qərardadlar qanunsuz sayılaraq ləğv olunub. İşlərin hamısı yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılıb (Report).

ANS-in baş direktoru Mirşahin Ağayev 2015-ci ilin oktyabrında Səbayel Rayon Məhkəməsində 8 iddia qaldıraraq Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmlinin teleşirkətə xəbərdarlıq edilməsi və cərimələnməsini nəzərdə tutan 5 və 13 oktyabr tarixli qərarlarının ləğv olunmasını tələb etmişdi. Ancaq rayon məhkəməsi telejurnalistin bütün iddialarını rədd etmişdi. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin 4 qərarını yanvarın 26-da və 27-də ləğv etmişdi.

Mirşahin Ağayevin 8 iddiasına Səbael Məhkəməsi yenidən baxmalı olacaq.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG