Keçid linkləri

2017, 24 İyul, Bazar ertəsi, Bakı vaxtı 04:59

Rohani Fransanın iş adamları ilə görüşüb


Hassan Rohani

İran prezidenti Hassan Rohani ölkəsinin Şərqlə Qərb arasında ticarət əlaqələrinin bərpası üçün əlverişli məkan olduğunu bildirib.

O bunu yanvarın 28-də Parisdə yerli biznes rəhbərləri ilə görüşdə deyib.

O İrana qarşı sanksiyaların ləğvindən sonra ticarət əlaqələrini bərpa etməyə çağırıb.

Fransanın baş naziri Manuel Valls bildirib ki, ölkələr keçmişdə qalan kin-küdurəti unutmalıdır, Fransa İran üçün faydalıdır və Tehran ona arxalana, etibar edəbilər.

Rohani Fransaya yanvarın 27-də İtaliyadan gəlib.

Onun ölkə prezidenti Francois Hollande ilə də görüşü nəzərdə tutulur.

Tərəflər arasında bir sıra ticarət sazişləri imzalanacağı gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG