Keçid linkləri

2017, 27 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:20

-

Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının (DB) nümayəndələri 4 milyard dollar məbləğində mümkün təcili borc paketinin müzakirəsindən ötrü Azərbaycana rəsmi səfərə gələcəklər. Xəbəri "Financial Times" qəzeti yayıb.

Xəbərdə vurğulanır ki, bu kredit neft qiymətlərinin düşməsi səbəbindən maliyyə yardımının göstərilməsi proqramı seriyasından birinci olacaq. BVF təmsilçi bildirib ki, nümayəndə heyəti ölkə hakimiyyətinin xahişi ilə yanvarın 28-də fevralın 4-nə kimi Bakıda səfərdə olacaqlar. Səfər zamanı "texniki yardım" və "mümkün maliyyə tələbatlarının qiymətləndirilməsi"nin müzakirə ediləcəyi deyilir. Müzakirəylə tanış mənbənin bildirdiyinə görə, 4 milyard dollarlıq paketdən söhbət gedir.

Dünya Bankı nümayəndəsi isə söyləyib ki, Azərbaycan hökuməti ilə, həmçinin "milli valyutaya təzyiqlər və neftin qiymətinin aşağı olması ilə bağlı" təxirəsalınmaz və uzunmüddətli tədbirlərin müzakirəsi nəzərdə tutulur. Avropa Yenidənqurma və İnkişaf Bankı və Asiya İnkişaf Bankı nümayəndələri də növbəti bir neçə gün ərzində Bakıda olacaqlar.

Daha bir mənbə isə bildirib ki, Bakıyla danışıqlar ilkin mərhələdədir və Azərbaycan hökuməti BVF-nin dəstəyi olmadan da davam etməyə qərar verə bilər.

Qəzet hökumətdən açıqlama ala bilmədiyini qeyd edir.

2015-ci il dekabrın 21-də baş verən devalvasiyadan sonra Azərbaycan valyuta ehtiyyatlarını sürətlə itirməyə başladı. Bu məsələni həll etməyin yollarından biri kimi xarici borclanmaya getmək təklif olunurdu. Dövlət başçısı İlham Əliyev bu ilki Davos forumunda adıçəkilən bankların rəhbərlərilə görüşmüşdü.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG