Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:28

Mirmehdinin "Alman malı" hekayələr kitabı çıxıb


Kitab
Kitab

-

Yanvarın 30-da Mirmehdi Ağaoğlunun “Alman malı” hekayələr kitabının imza günü keçiriləcək. "ATV Kitab" seriyasından “Parlaq imzalar” nəşriyyatında çap olunan kitaba müəllifin müxtəlif illərdə yazdığı hekayələr daxil edilib.

Nəşriyyat bildirir ki,, "Alman malı" hekayələr toplusu Azərbaycan cəmiyyəti və insanının günümüz üçün aktual olan problemlərinə, şəxsiyyət kimi formalaşmasında maneələr yaradan faktorlara ironik yanaşması ilə səciyyələnir.

Kitabda yer alan hekayələr əsasən son zamanlarda baş verən hadisələrlə bağlı olub, gündəmdəki, məişət həyatımızdakı, ailədaxili münasibətlərimizdəki çatışmazlıqları gerçəkliyiylə göstərir.

Mərasim saat 15:00-da Kitabevim.az kitab mağazasında baş tutacaq. “Alman malı” müəllifin sayca dördüncü kitabıdır.

XS
SM
MD
LG