Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 22:29

“Heydər” məscidi Azərbaycandakı digər məscidlərdən fərqli olaraq, dini icmasız fəaliyyət göstərəcək.

Bunu APA-ya açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, Qafqaz Müsəlmanları İdarəsinin axund və imam təyinatına baxmayaraq, “Heydər” məscidində dini icma yaradılmayacaq: “Çünki o məscid ayrıca bir kompleksdir və bir məscid-kompleks olaraq Bakı Şəhər İcra Hakimiyyətinin nəzdindədir. Bu baxımdan da buranın idarəçiliyi özəl formada həyata keçirilir. Ona görə də bu məscid digər məscidlərin idarəçiliyindəki qaydalarla yox, kompleksin əsasnaməsinə uyğun idarə olunacaq”, deyə o bildirib.

“Heydər” məscidi Qafqazda ən böyük məscidi hesab olunur.

Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə ötən həftə uzun fasilədən sonra ora imam və axund təyin edib.

XS
SM
MD
LG