Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:38

Direktorun qətlində şübhəlilər saxlanılıb


Polis
Polis

-

Bir qədər əvvəl öldürülən Taxıl Kombinatının direktoru Qalib Bağırovun qətlinin üstü açılıb.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, qətli törətməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb.

Saxlanılanlardan biri qətlə yetirilən kombinat direktorunun tanışı Mahurə Hüseynovadır. Həmin qadının Ehtiram Həsənov və Mübariz Əliyevlə əlbir olaraq direktoru öldürdükləri deyilir.

53 yaşlı Qalib Bağırov yanvarın 8-də paytaxtın Hövsan qəsəbəsində yaşadığı evdə qətlə yetirilib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda CM-nin 120.2.11-ci (quldurluq, hədə qorxu ilə tələb etmə ilə əlaqədar qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

XS
SM
MD
LG