Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Noyabr, Cümə, Bakı vaxtı 12:54

ABŞ-da iş tədricən başlanır


ABŞ, 23 yanvar, 2016-cı il

-

ABŞ-ın Nyu York və digər şəhərlərində səyahət qadağaları tədricən götürülür, Şərq Sahildə milyonlarla insan sərt qasırğadan sonra özünə gəlməyə başlayır.

Yanvarın 24-də Nyu Yorkda körpülər, tunellər açılıb, böyük tranzit sistemləri də işini bərpa etməkdədir. Ancaq hava səyahətinə qadağalar qalmaqdadır.

Vaşinqtonda federal hökumət binaları yanvarın 25-də də bağlı qalacaq. Nümayəndələr Palatası səsvermə proseslərini fevralın 1-dək təxirə salıb.

11 ştatda və DC-də qara görə fövqəladə vəziyyət elan olunub. Ancaq qar çovğunu artıq səngiyir və Atlantik Okeanına doğru irəliləyir.

85 milyon insana ziyan dəyib, həftəsonu 7 min uçuş ertələnib.

Associated Press yazır ki, sərt hava səbəbindən azı 29 nəfər həlak olub. Bəzi ştatlarda daşqınlar da baş verib.

XS
SM
MD
LG