Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:16

Azərbaycan Repində bir ilk: “100-lük”


URAN
URAN

-

Tanınmış reper URAN bunu “Azərbaycan Repi”ndə yeni yeni səhifə və öz söz və qafiyə ehtiyatını, eləcə də texniki (rep-tələffüz) bacarığını göstərmək istəyən hər bir reperə gözəl şans sayır

Tanınmış reper URAN Azərbaycan repində ilk dəfə 100 misralıq non-stop trek çıxarıb.

Rep musiqisində “100 bars” adlanan yazı ənənəsi var. “Bar”ın dilimizdəki ideal ekvivalenti - qəzəl, məsnəvi və qəsidə janrlı şerlərdəki beytlərdir.

URAN bu həcmi reper və dinləyicilərə daha optimal ölçüdə uyğunlaşdımaq üçün 100 beyti 100 misrayla əvəzləyib və onu, qısaca - “100-lük” adlandırıb.

“100-lük” yüz misradan ibarət sərbəst məzmunlu (freestyle) trekdir.

Həmin trekin sözləri 2015-ci ilin noyabrında Berlində yazılıb, səsyazma və videoçəkiliş Parisdə gerçəkləşdirilib.

“100-lük” ənənəsi Azərbaycan Repində yeni yeni səhifədir və öz söz və qafiyə ehtiyatını, eləcə də texniki (rep-tələffüz) bacarığını göstərmək istəyən hər bir reperə gözəl şansdır.

XS
SM
MD
LG