Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 05:34

Bakıda yağış, rayonlarda qar


Qar
Qar

-

Yanvarın 24-də Bakıda intensiv yağış, rayonlarda qar yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 24-də buludlu hava şəraiti üstünlük təşkil edəcək, fasilələrlə yağıntı düşəcək, bəzi yerlərdə intensivləşəcək.

Güclü şimal-qərb küləyi əsəcək. Abşeron yarımadasında və Bakıda gecə 3-5, gündüz 5-7 dərəcə isti olacaq.

Bölgələrdə isə yanvarın 24-də hava şəraitinin arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti olacağı gözlənilir.

XS
SM
MD
LG